Bank Of Baku

Dow Jones indeksi 2,2%, S&P 500 2,7%, Nasdaq isə 3% enib

Dow Jones indeksi 2,2%, S&P 500 2,7%, Nasdaq isə 3% enib
# 14 may 2009 06:58 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Mayın 13-də Amerika fond bazarında Dow Jones indeksi 2,2% - 8285,00 bəndədək, S&P 500 2,7% - 883,92 bəndədək, Nasdaq isə 3% - 1614,00 bəndədək enib.

«APA-Economics»in məlumatına görə, kotirovkaların enməsinə ABŞ-da pərakəndə satışın azalması və idxal qiymətlərinin artması barədə makroiqtisadi xəbərlər mənfi təsir göstərib. Belə ki, ABŞ Ticarət Nazirliyinin məlumatında bildirilir ki, aprel ayında pərakəndə ticarətin həcmi martla müqayisədə 0,4%, ötən ilin apreli ilə müqayisədə isə 10,1% azalıb və 337,7 mlrd. dollar təşkil edib. Bundan başqa, korporativ xəbərlər də səhmlərin qiymətinə təsir edib. Nəticədə, «Bank of America»nın səhmləri 10,2%, «Wells Fargo»nun səhmləri 5,8%, «Ford Motor»un səhmləri 1% ucuzlaşıb, «Intel»in səhmləri isə 0,3% bahalaşıb.

Avropa fond bazarlarında mayın 13-də FTSE 100 indeksi 2,1% - 4331,37 bəndədək, Fransa CAC-40-ı 2,4% - 3152,90 bəndədək, Almaniya DAX-ı isə 2,6% - 4727,61 bəndədək enib. Mayın 13-də İngiltərə Bankı ölkə iqtisadiyyatının bərpasının çox ləng getməsi barədə bəyanat yayıb, ABŞ-da müşahidə olunan pərakəndə ticarətin azaldığı müəyyənləşib və bir sıra şirkətin hesabatı investorları məyus edib ki, bütün bu amillər Avropa bazarlarına mənfi təsir göstərib.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3553 (-1,14%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR