Bank Of Baku

AGBI indeksi 1,0002, ACBDI indeksi isə 0,9441 təşkil edib

AGBI indeksi 1,0002, ACBDI indeksi isə 0,9441 təşkil edib
# 14 may 2009 07:01 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət qısamüddətli istiqrazlar (DQİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0941 bənd və ya 10,39% artaraq 2009-cu ilin may ayının 14-nə 1,0002 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi isə 0,0560 bənd və ya 5,6% azalaraq 0,9441 təşkil edib.

Mayın 13-də 5 mln. manat məbləğində notlar dövriyyədən çıxarılıb və 4 mln. manat həcmində yerləşdirmə həyata keçirilib. Nəticədə, not bazarının kapitallaşması 1 mln. manat azalıb ki, bu da ACBDI indeksinin azalmasında əksini tapıb.

AGBI indeksinin artması isə gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR