Bank Of Baku

Neft yenidən bahalaşıb

Neft yenidən bahalaşıb
# 15 may 2009 06:23 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Mayın 14-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyun müqaviləsinin dəyəri 0,6 dollar və ya 1,03% artaraq 1 barelə görə 58,62 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, mayın 14-də ICE London qitələrarası birjasında iyunda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,41 dollar artaraq 58,75 dollar təşkil edib.

Müşahidəçilərin fikrincə, neftin bahalaşmasına əsas səbəb dolların avroya qarşı ucuzlaşmasıdır. Bundan başqa, ABŞ və Avropa fond bazarlarında kotirovkaların yüksəlməsi də neft bazarına müsbət təsir göstərib. Eyni zamanda, Beynəlxalq Enerji Agentliyinin dünya tələbatı üzrə proqnozunu endirməsi neftin qiymətinin daha artıq yüksəlməsinə imkan verməyib. Belə ki, Agentlik cari ildə dünyada neftə gündəlik tələbatın 2,6 mln. barel azalacağını proqnozlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR