Bank Of Baku

Dow Jones indeksi 0,5%, S&P 500 1%, Nasdaq isə 1,5% yüksəlib

Dow Jones indeksi 0,5%, S&P 500 1%, Nasdaq isə 1,5% yüksəlib
# 15 may 2009 06:54 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Mayın 14-də Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 8331,00 bəndədək, S&P 500 1% - 893,07 bəndədək, Nasdaq isə 1,5% - 1689,02 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, fond bazarına makroiqtisadi xəbərlər müsbət təsir göstərib. Belə ki, ABŞ Əmək Nazirliyinin məlumatında ötən həftə ərzində işsizlik üzrə ilkin müraciətlərin sayının 32 min artması barədə deyilsə də, bu göstərici proqnozlardan daha az olduğundan investorlar tərəfindən müsbət qarşılanıb. ABŞ fond bazarında «Bank of America»nın səhmləri 2,7%, «Citigroup»un səhmləri 4,1%, «Ford Motor»un səhmləri 4%, «Intel»in səhmləri 2,7%, «Microsoft»un səhmləri 1,6% bahalaşıb.

Avropa fond bazarlarında şirkətlərin açıqlanan hesabatları, müxtəlif bəyanatlar nəticəsində kotirovkaların yüksəlməsi müşahidə olunub. Belə ki, mayın 14-də FTSE 100 indeksi 0,7% - 4362,58 bəndədək, Fransa CAC-40-ı 0,1% - 3156,29 bəndədək, Almaniya DAX-ı isə 0,2% - 4738,47 bəndədək yüksəlib. Avropada «Barclays»ın səhmləri 4,2%, «Credit Suisse»in səhmləri 4%, HSBC-nin səhmləri 1,7%, «Royal Bank of Scotland»ın səhmləri 4%, UBS-in səhmləri də 4% bahalaşıb. Eyni zamanda, Belçikanın «KBC Group» bank qrupu tərəfindən zərəri əks etdirən maliyyə hesabatının açıqlandıqdan sonra qrupun səhmləri 24,9% ucuzlaşıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3645 (+0,68%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR