Bank Of Baku

AGBI indeksi 1,0002, ACBDI indeksi isə 1,0001 təşkil edib

AGBI indeksi 1,0002, ACBDI indeksi isə 1,0001 təşkil edib
# 15 may 2009 07:00 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət qısamüddətli istiqrazlar (DQİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi dəyişməyib və 2009-cu ilin may ayının 15-nə 1,0002 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi isə 0,0560 bənd və ya 5,9% artaraq 1,0001 təşkil edib.

ACBDI indeksinin artması gündəlik korrektə çərçivəsində baş verib. Dövlət istiqrazları üzrə ilkin bazarda mayın 15-də heç bir əməliyyatın aparılmaması səbəbindən AGBI indeksi dəyişməz qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR