Bank Of Baku

Bu gün BBVB-nin valyuta bölməsində 15,6 mln. dollarlıq əqd bağlanıb

Bu gün BBVB-nin valyuta bölməsində 15,6 mln. dollarlıq əqd bağlanıb
# 15 may 2009 14:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8027 AZN/$1 təşkil edib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata əsasən, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8027 AZN/$1 təşkil edib. USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmayıb, sessiyanın nəticələrinə görə, manatın orta məzənnəsi dollara nisbətən dəyişməz qalıb.

BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 12 522 100 AZN, manatın orta məzənnəsi isə 0,8027 AZN/$1 təşkil edib.

Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 15,6 mln. dollar və ya 12 522 100 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 3,9 mln. dollar düşür.

USD/AZN T+1 və T+2 alətləri üzrə əqdlər bağlanılmayıb.

SWAP_USD/AZN aləti üzrə 7 günlük əqdlər bağlanılıb ki, əqdlərin həcmi 2 mln. dollar təşkil edib, onların ortaölçülü məzənnəsi isə 1 USD üçün 0,8042 AZN-ə bərabər olub.

Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.

Qeyd edək ki, BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 15,88%, ABŞ dolları üzrə isə illik 16,38% təşkil edib. Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR