Bank Of Baku

Neft 4% ucuzlaşıb

Neft 4% ucuzlaşıb
# 18 may 2009 06:52 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Mayın 15-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyun müqaviləsinin dəyəri 2,28 dollar və ya 3,89% azalaraq 1 barelə görə 56,34 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, mayın 15-də ICE London qitələrarası birjasında iyunda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 2,61 dollar azalaraq 55,98 dollar təşkil edib.

Neft bazarında qiymətlərə bir neçə amilin təsiri müşahidə olunur. İlk növbədə, qiymətin 6 aylıq maksimuma çatmasından sonra investorlar mənfəət əldə etmək üçün fyuçers müqavilələrini satmağa çalışır ki, bu da qiymətin enməsinə səbəb olub. Bundan başqa, mayın 14-də OPEC-ə üzv olan dövlətlərin aprel ayında neft hasilatının nəzərdə tutulmuş gündəlik kvotanı 967 min barel üstələməsi barədə məlumat yayılıb. Yəni, OPEC-in apreldə gündəlik neft hasilatı 25,812 mln. barel təşkil edib ki, bu da mart ayının göstəricisindən 225 min barel artıq olub. Əlavə olaraq ötən həftənin sonunda dolların avroya qarşı müəyyən qədər bahalaşması müşahidə olunub və bu, neftin qiymətini bir qədər aşağı salıb. Və nəhayət, investorlar artıq mayın 28-də keçiriləcək OPEC-in iclası ərəfəsində müxtəlif proqnozlara daha ciddi fikir verməyə başlayıblar ki, bu da öz növbəsində müxtəlif proqnoz və bəyanatların bazara təsirini artırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR