Bank Of Baku

Dow Jones indeksi 0,7%, S&P 500 1,1%, Nasdaq isə 0,5% enib

Dow Jones indeksi 0,7%, S&P 500 1,1%, Nasdaq isə 0,5% enib
# 18 may 2009 06:53 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Mayın 15-də Amerika fond bazarında Dow Jones indeksi 0,7% - 8269 bəndədək, S&P 500 1,1% - 882,88 bəndədək, Nasdaq isə 0,5% - 1680 bəndədək enib. «APA-Economics»in məlumatına görə, mayın 15-də ABŞ-ın fond bazarında maliyyə şirkətlərinin səhmlərinin satışı üstünlük təşkil edib. Nəticədə, «Prudential Financial» sığorta şirkətlinin səhmləri 4,1%, «Fifth Third Bancorp» maliyyə şirkətinin səhmləri 5,6%, «Bank of America»nın səhmləri 5,7%, «Citigroup»un səhmləri 2%, «Intel»in səhmləri 2,3% ucuzlaşıb.

Avropa fond bazarlarında mayın 15-də FTSE 100 indeksi 0,3% - 4348,11 bəndədək enib, Fransa CAC-40-ı 0,4% - 3169,05 bəndədək yüksəlib, Almaniya DAX-ı isə 0,02% - 4737,50 bəndədək enib. Avropada isə əksinə olaraq maliyyə qurumlarının səhmlərin kotirovkaları artıb. Belə ki, «Barclays»ın səhmləri 6,4%, Belçikanın «Fortis» maliyyə şirkətinin səhmləri 12%, İtaliyanın «Intesa Sanpaolo» bankının səhmləri 7,4% bahalaşıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3429 (-1,58%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR