Bank Of Baku

Neftin bahalaşması bərpa olunub

Neftin bahalaşması bərpa olunub
# 19 may 2009 06:35 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Mayın 18-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyun müqaviləsinin dəyəri 2,69 dollar və ya 4,78% artaraq 1 barelə görə 59,03 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, mayın 18-də ICE London qitələrarası birjasında iyunda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 2,49 dollar artaraq 58,47 dollar təşkil edib.

Mayın 18-də Avropa və ABŞ-ın fond bazarlarında yüksəlmə tendensiyaları neftin bahalaşmasına dəstək verib. Qeyd edək ki, fond indeksləri Avropa bazarlarında orta hesabla 2,4%, Amerikada isə 3% artıb. Bundan əlavə, neft bazarına Nigeriyadan xəbərlər də təsir edib. Belə ki, Niger çayının deltasının azad edilməsi naminə hərəkat bəyan edib ki, ölkəyə gələn su yollarını mühasirəyə almaq və bununla neftin ixracını dayandırmaq niyyətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR