Bank Of Baku

BFB-da 10503522S seriyalı DQİ emissiyası yerləşdirilməsi baş tutmayıb

BFB-da 10503522S seriyalı DQİ emissiyası yerləşdirilməsi baş tutmayıb
# 19 may 2009 14:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10503522S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 2 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 2 mln. manat təşkil edib. Sifarişlər 92,19% (gəlirlik 8,49%) qiymətlə təqdim olunub. Lakin şərtlər emitenti qane etmədiyinə görə, sifarişlər Maliyyə Nazirliyi tərəfindən təmin edilməyib və hərrac baş tutmamış elan olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR