Bank Of Baku

Bu gün BBVB-nin valyuta bölməsində 1,11 mln. dollarlıq əqd bağlanıb

Bu gün BBVB-nin valyuta bölməsində 1,11 mln. dollarlıq əqd bağlanıb
# 19 may 2009 14:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8031 AZN/$1 təşkil edib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata əsasən, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8027 AZN/$1 təşkil edib. USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 401 550 AZN, sessiyanın nəticələrinə görə isə manatın orta məzənnəsi dollara nisbətən 0,8031 AZN təşkil edib.

BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 490 257 AZN, manatın orta məzənnəsi isə 0,8031 AZN/$1 təşkil edib.

Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 1,11 mln. dollar və ya 891 807 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 370 min dollar düşür.

SWAP_USD/AZN aləti üzrə 30 günlük əqdlər bağlanılıb. Əqdlərin həcmi 5 mln. dollar, ortaölçülü məzənnəsi isə 1 USD üçün 0,8060 AZN-ə bərabər olub. Bundan başqa, SWAP_USD/AZN aləti üzrə bir həftəlik əqdlər də bağlanılıb. Əqdlərin həcmi 4 mln. dollar, ortaölçülü məzənnəsi isə 1 USD üçün 0,8043 AZN-ə bərabər olub.

USD/AZN T+1 və T+2 alətləri üzrə əqdlər bağlanılmayıb.

Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.

Qeyd edək ki, BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 15,81%, ABŞ dolları üzrə isə illik 16,31% təşkil edib. Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR