Bank Of Baku

Neftin bahalaşması davam edir

Neftin bahalaşması davam edir
# 20 may 2009 07:09 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Mayın 19-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyun müqaviləsinin dəyəri 0,62 dollar və ya 1,05% artaraq 1 barelə görə 59,65 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, mayın 19-da ICE London qitələrarası birjasında iyunda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,45 dollar artaraq 58,92 dollar təşkil edib.

Amerika Neft İnstitutunun məlumatına görə, ötən həftə ABŞ-da xam neft ehtiyatları 4,47 mln. barel azalaraq 366,2 mln. barelə, benzin ehtiyatları 5,37 mln. barel azalaraq 206,2 mln. barelə, mazut və dizel yanacağı ehtiyatları isə 1,41 mln. barel artaraq 145,8 mln. barelə çatıb. Eyni zamanda, ölkəyə neft idxalı əvvəlki həftə ilə müqayisədə günə 110 min barel artaraq 8,83 mln. barel/gün səviyyəsinə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR