Bank Of Baku

Dow Jones indeksi 0,3%, S&P 500 0,1% enib, Nasdaq isə 0,1% yüksəlib

Dow Jones indeksi 0,3%, S&P 500 0,1% enib, Nasdaq isə 0,1% yüksəlib
# 20 may 2009 07:11 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Mayın 19-da Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 8475 bəndədək, S&P 500 0,1% - 908,13 bəndədək enib, Nasdaq isə 0,1% - 1735 bəndədək yüksəlib.

«APA-Economics»in məlumatına görə, mayın 19-da açıqlanan makroiqtisadi göstəricilər investorlar tərəfindən mənfi qarşılanıb. Belə ki, ABŞ Ticarət Nazirliyin məlumatına görə, ölkədə yeni tikililərin sayı aprel ayında martla müqayisədə 13% azalaraq 458 minə çatıb, tikintiyə verilən icazələrin sayı isə 3,3% azalaraq 494 minə çatıb.

Avropa fond bazarlarında mayın 19-da FTSE 100 indeksi 0,8% - 4482,25 bəndədək, Fransa CAC-40-ı 0,9% - 3274,96 bəndədək, Almaniya DAX-ı isə 2,2% - 4959,62 bəndədək yüksəlib. Avropada kotirovkaların artması əsasən bank sektorunda müşahidə olunub. Nəticədə, «BNP Paribas», «Deutsche Bank», HSBC, «Banco Santander», «Societe Generale» və «UniCredit» banklarının səhmləri 3,5%-dən 6,4%-dək bahalaşıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3613 (+0,56%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR