Bank Of Baku

AGBI indeksi 0,9868, ACBDI indeksi isə 1,0001 təşkil edib

AGBI indeksi 0,9868, ACBDI indeksi isə 1,0001 təşkil edib
# 20 may 2009 07:12 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət qısamüddətli istiqrazlar (DQİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0134 bənd və ya 1,34% azalaraq 2009-cu ilin may ayının 20-nə 0,9868 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi isə dəyişməyib və 1,0001 təşkil edib.

Mayın 19-da 1 835 600 manat həcmində olan dövlət istiqrazlarının bir buraxılışı ödənilərək dövriyyədən çıxarılıb ki, bu da dövlət istiqrazları bazarının kapitallaşmasını azaldaraq AGBI indeksinin enməsində əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR