Bank Of Baku

Bu gün BFB-da 50101922S seriyalı 4 mln. manatlıq not yerləşdirilib

Bu gün BFB-da 50101922S seriyalı 4 mln. manatlıq not yerləşdirilib
# 20 may 2009 12:48 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının 50101921S seriyalı notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumatına görə, 5 investor tərəfindən təqdim olunan sifarişlərin nominal üzrə ümumi həcmi 14 947,4 min manat təşkil edib. Sifarişlər 99,77% (gəlirlik 2,96%) – 99,89% (gəlirlik 1,42%) qiymət intervalında təqdim olunub. Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti emitent tərəfindən 99,87% (gəlirlik 1,67%), orta ölçülmüş qiymət isə 99,89% (gəlirlik 1,42%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, notların nominal üzrə reallaşdırılmış həcmi, 788,2 min manatlıq qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 4 mln. manat təşkil edib.

Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2009-cu ilin iyun ayının 17-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR