Bank Of Baku

Neftin qiyməti 62 dollara çatıb

Neftin qiyməti 62 dollara çatıb
# 21 may 2009 06:42 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Mayın 20-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyun müqaviləsinin dəyəri 1,94 dollar və ya 3,25% artaraq 1 barelə görə 62,04 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, mayın 20-də ICE London qitələrarası birjasında iyunda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,67 dollar artaraq 60,59 dollar təşkil edib.

Neftin bahalaşmasına əsasən ABŞ-da neft ehtiyatlarının azalması barədə rəsmi məlumatlar təsir göstərib. Belə ki, ölkənin Energetika Nazirliyinin hesabatına görə, ötən həftə ABŞ-da xam neft ehtiyatları 2,1 mln. barel, benzin ehtiyatları 4,3 mln. barel azalıb, mazut və dizel yanacağı ehtiyatları isə 4,6 mln. barel artıb. Eyni zamanda, ölkənin gündəlik neft hasilatı ötən həftə 46 min barel artaraq 5,306 mln. barelə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR