Bank Of Baku

Dow Jones indeksi 0,6%, S&P 500 0,5%, Nasdaq isə 0,4% enib

Dow Jones indeksi 0,6%, S&P 500 0,5%, Nasdaq isə 0,4% enib
# 21 may 2009 07:21 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Mayın 20-də Amerika fond bazarında Dow Jones indeksi 0,6% - 8422 bəndədək, S&P 500 0,5% - 903,47 bəndədək, Nasdaq isə 0,4% - 1728 bəndədək enib.

«APA-Economics»in məlumatına görə, mayın 20-də kotirovkaların enməsi Federal Ehtiyat Sisteminin ABŞ iqtisadiyyatı üzrə yeni proqnozların açıqlamasından sonra baş verib. Belə ki, FES cari ildə ölkədə işsizliyin 9,2-9,6% səviyyəsində olacağını, ÜDM-in azalmasının isə 1,3-2% civarında gözləyir. Xatırladaq ki, üç ay əvvəl açıqlanan proqnozda işsizliyin səviyyəsi 8,5-8,8%, ÜDM-in azalması isə 0,5-1,3% kimi qeyd olunurdu. Cari ilin birinci rübündə ABŞ iqtisadiyyatının faktiki azalması 6%-dən çox olub.

Avropa fond bazarlarında mayın 20-də FTSE 100 indeksi 0,3% - 4468,41 bəndədək enib, Fransa CAC-40-ı 0,9% - 3303,37 bəndədək, Almaniya DAX-ı isə 1,6% - 5038,94 bəndədək yüksəlib. Avropada kotirovkaların artması əsasən korporativ və sahəvi xəbərlər nəticəsində baş verib. Məsələn, neftin bahalaşması neft və dağ-mədənçıxarma şirkətlərinin kotirovkalarını artırıb. «Royal Dutch Shell»in səhmləri 6,5%, BP və «Total»in səhmləri 1,3%, «Lonmin», «Anglo American», «Antofagasta», «BHP Billiton», «Eurasian Natural Resources Corporation», «Rio Tinto» və «Xstrata» kimi dağ-mədənçıxarma şirkətlərinin səhmləri 0,7%-dən 7,9%-dək bahalaşıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3789 (+1,29%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR