Bank Of Baku

Neft yenidən ucuzlaşıb

Neft yenidən ucuzlaşıb
# 22 may 2009 06:43 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Mayın 21-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyun müqaviləsinin dəyəri 0,99 dollar və ya 1,6% azalaraq 1 barelə görə 61,05 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, mayın 21-də ICE London qitələrarası birjasında iyunda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,66 dollar azalaraq 59,93 dollar təşkil edib.

Neftin ucuzlaşmasına əsas səbəb ABŞ və Avropa fond bazarlarında bütün kotirovkaların enməsi olub. Xatırladaq ki, Böyük Britaniya kredit reytinqinin aşağı salınması ehtimalı, mənfi makroiqtisadi göstəricilər və bir sıra iri şirkətlərin mənfi hesabatları səbəbindən mayın 21-də ABŞ-ın əsas fond indeksləri orta hesabla 1,7%, Avropa indeksləri isə 2,6% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR