Bank Of Baku

Dow Jones indeksi 1,5%, S&P 500 1,7%, Nasdaq isə 1,9% enib

Dow Jones indeksi 1,5%, S&P 500 1,7%, Nasdaq isə 1,9% enib
# 22 may 2009 07:04 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Mayın 21-də Amerika fond bazarında Dow Jones indeksi 1,5% - 8292 bəndədək, S&P 500 1,7% - 888,33 bəndədək, Nasdaq isə 1,9% - 1695 bəndədək enib.

«APA-Economics»in məlumatına görə, mayın 20-də kotirovkaların enməsi «Standard&Poor’s» agentliyi tərəfindən Böyük Britaniyanın kredit reytinqinin aşağı salınması barədə xəbərdarlığı və ABŞ-ın bir sıra makroiqtisadi göstəricilərin açıqlanması səbəbindən baş verib. Belə ki, «Standard&Poor’s»un məlumatında deyilir ki, Böyük Britaniyanın reytinqin azalması dövlət maliyyə sistemində yaranmış problemlərə görə edilə bilər. Qeyd edək ki, hazırda ölkənin dövlət büdcəsinin kəsiri 175 mlrd. funt və ya ÜDM-in 12,4%-i təşkil edib ki, bu da iqtisadçılar tərəfindən ölkənin «borc quyusuna» kəskin sürətlə batması kimi qiymətləndirilir. Eyni zamanda, ABŞ-ın Əmək Nazirliyi bildirib ki, ötən həftə ölkədə işsizliyə dair müavinətlərin alınması üçün ilkin müraciətlərin sayı azalsa da, təkrar müraciətlərin sayı yenidən artıb. Mayın 21-də «Bank Of America»nın səhmləri 0,7%, «General Electric»in səhmləri 3,9%, «İntel»in səhmləri 2,6%, «Dell»in səhmləri 3,1% ucuzlaşıb.

Avropa fond bazarlarında mayın 21-də FTSE 100 indeksi 2,8% - 4345,47 bəndədək, Fransa CAC-40-ı 2,6% - 3217,41 bəndədək, Almaniya DAX-ı isə 2,7% - 4900,67 bəndədək enib. Avropa bazarına əsas təsiri Böyük Britaniyanın reytinqinin azalması ehtimalları olub. Belə ki, «Standard&Poor’s» agentliyi ölkənin uzunmüddətli kredit reytinqini AAA səviyyəsində təsdiqləsə də, reytinqlərin proqnozu «sabit»dən «neqativ»ə dəyişib. Mayın 21-də HSBC-nin səhmləri 2,5%, «Banco Santander»in səhmləri 3,7%, «Standard Chartered»in səhmləri 4,2%, BP-nin səhmləri 2,9%, «Royal Dutch Shell»in səhmləri 2,3%, «Total»in səhmləri 3,4% ucuzlaşıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3943 (+1,12%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR