Bank Of Baku

BFB-da 10203622S seriyalı 17,549 mln. manatlıq DQİ emissiyası yerləşdirilib

BFB-da 10203622S seriyalı 17,549 mln. manatlıq DQİ emissiyası yerləşdirilib
# 22 may 2009 14:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10203622S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 5 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 17,549 mln. manat təşkil edib. Sifarişlər 98,52% (gəlirlik 6,03%) – 99,36% (gəlirlik 2,58%) qiymət intervalında təqdim olunub. Emitent tərəfindən istiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətləri 93,36% (gəlirlik 2,58%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi, o cümlədən 2 249 600 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 17,549 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2009-cu ilin avqustun 21-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR