Bank Of Baku

Neft yenidən bahalaşıb

Neft yenidən bahalaşıb
# 25 may 2009 06:30 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Mayın 22-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyun müqaviləsinin dəyəri 0,62 dollar və ya 1,02% artaraq 1 barelə görə 61,67 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, mayın 22-də ICE London qitələrarası birjasında iyunda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,85 dollar artaraq 60,78 dollar təşkil edib.

Neftin bahalaşmasına əsas səbəb kimi dolların dünya bazarlarında ucuzlaşmasını qeyd etmək olar. Belə ki, mayın 22-də dollar məzənnəsi avroya qarşı 0,5% enib. Ümumilikdə isə, makroiqtisadi fon birmənalı olmadığından neftin qiymətinə hər hansı əsaslı təsir amilləri yoxdur. İnvestorlar mayın 28-də keçiriləcək OPEC-in növbəti iclasın nəticələrinə gözləyir ki, bu qeyri-müəyyənliyi bazarda son bir neçə gün qiymətlərin qalxıb-enməsinə təsir göstərən digər səbəb kimi qeyd etmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR