Bank Of Baku

Dow Jones indeksi 0,2%, S&P 500 0,1%, Nasdaq isə 0,2% enib

Dow Jones indeksi 0,2%, S&P 500 0,1%, Nasdaq isə 0,2% enib
# 25 may 2009 06:47 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Mayın 22-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 8277 bəndədək, S&P 500 0,1% - 887 bəndədək, Nasdaq isə 0,2% - 1692 bəndədək enib. «APA-Economics»in məlumatına görə, mayın 22-də ABŞ-ın fond bazarı «General Motors» şirkətinin taleyi barədə məlumatların təsiri altında olub. Belə ki, «The Washington Post» qəzeti yazıb ki, ABŞ hökuməti «General Motors»a əlavə maliyyə dəstəyi vəd verib, əvəzində isə şirkətə müflisləşməsini elan etməyi təklif edib. Təklif olunan plana görə, şirkət 30 mlrd. dollar məbləğində hökumətdən əlavə borc ala biləcək. Qeyd edək ki, nəticədə şirkətin hökumətə qarşı öhdəliyinin həcmi 45 mlrd. dollara çatacaq.

Avropa fond bazarlarında mayın 22-də FTSE 100 indeksi 0,5% - 4365,29 bəndədək, Fransa CAC-40-ı 0,3% - 3227,97 bəndədək, Almaniya DAX-ı isə 0,4% - 4918,75 bəndədək yüksəlib. Avropa bazarında kotirovkalara açıqlanan korporativ xəbərlər və hesabatlar təsir edib. Nəticədə, telekommunikasiya şirkətlərinin səhmləri ucuzlaşıb, dağ-mədənçıxarma şirkətlərinin səhmləri isə bahalaşıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4008 (+0,47%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR