Bank Of Baku

AGBI indeksi 1,1294, ACBDI indeksi isə 1,0002 təşkil edib

AGBI indeksi 1,1294, ACBDI indeksi isə 1,0002 təşkil edib
# 25 may 2009 06:57 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət qısamüddətli istiqrazlar (DQİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,1292 bənd və ya 12,92% artaraq 2009-cu ilin may ayının 25-nə 1,1294 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi isə 0,0001 bənd və ya 0,01% artaraq 1,0002 təşkil edib.

Mayın 22-də 17,549 mln. manat həcmində dövlət istiqrazlarının buraxılışı yerləşdirilib ki, nəticədə dövlət istiqrazları bazarının kapitallaşması həmin miqdarda artıb və bu, AGBI indeksinin yüksəlməsinə səbəb olub.

ACBDI indeksinin artması isə gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR