Bank Of Baku

Avropanın əsas fond indeksləri yüksəlib

Avropanın əsas fond indeksləri yüksəlib
# 26 may 2009 07:32 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Mayın 25-də ABŞ-da Rəhmət duası Günün bayram etməsinə görə Amerika fond bazarında ticarət aparılmayıb. Qeyd edək ki, həmin bayram hər il mayın son bazar ertəsi günü qeyd olunur və tarixi boyü ABŞ-ın iştirak etdiyi müharibə və ya hərbi münaqişələrdə həlak olan Amerikanın hərbçilərin xatirəsinə həsr edilir. Xatırladaq ki, əvvəlki ticarət günü, yəni mayın 22-nin nəticəsinə görə, Dow Jones 8277,32 bənd, S&P 500 887 bənd, Nasdaq isə 1692,01 bəndə bərabər olub.
«APA-Economics»in məlumatına görə, Avropa fond bazarlarında mayın 25-də FTSE 100 indeksi 0,5% - 4387,12 bəndədək, Fransa CAC-40-ı 0,3% - 3236,16 bəndədək yüksəlib, Almaniya DAX-ı isə 0,01% - 4918,45 bəndədək enib. Əsasən iri şirkətlərin korporativ xəbərlər və hesabatların təsiri altında kotirovkaların enməsi ilk növbədə avtomobil istehsal sahəsində müşahidə olunub. Belə ki, mayın 25-də “Volkswagen”in səhmləri 0,8%, BMW-nin səhmləri 0,5%, “Daimler”in səhmləri 0,7%, “Porsche”nin səhmləri isə 3,1% ucuzlaşıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3971 (-0,26%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR