Bank Of Baku

Bu gün BFB-da 10303722S seriyalı 8 mln. manatlıq DQİ emissiyası yerləşdirilib

Bu gün BFB-da 10303722S seriyalı 8 mln. manatlıq DQİ emissiyası yerləşdirilib
# 26 may 2009 14:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10303722S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib. BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 5 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 18,139 mln. manat təşkil edib. Sifarişlər 96,95% (gəlirlik 6,31%) – 98,64% (gəlirlik 2,77%) qiymət intervalında təqdim olunub. Emitent tərəfindən istiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti 98,28% (gəlirlik 3,51%), orta ölçülmüş qiyməti isə 98,48% (gəlirlik 3,51%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi, o cümlədən 1 585 000 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 8 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2009-cu ilin noyabrın 24-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR