Bank Of Baku

Neftin bahalaşması davam edir

Neftin bahalaşması davam edir
# 27 may 2009 06:54 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Mayın 26-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyun müqaviləsinin dəyəri 0,78 dollar və ya 1,27% artaraq 1 barelə görə 62,45 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, mayın 26-da ICE London qitələrarası birjasında iyunda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,03 dollar artaraq 61,24 dollar təşkil edib.

Neftin bahalaşmasına əsas səbəb ABŞ və Avropa fond bazarlarında kotirovkaların yüksəlməsi olub. Qeyd edək ki, ABŞ-ın əsas fond indeksləri orta hesabla 2,8%, Avropada isə 1,2% artıb. Bu da öz növbəsində ABŞ-da istehlakçıların etimadı indeksinin may ayında 54,9 bəndə çataraq ötən ilin sentyabrından ən yüksək səviyyəyə çatması nəticəsində baş verib. Həm fond bazarı, həm də neft bazarının investorları bu göstəricini böyük nikbinliklə qarşılayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR