Bank Of Baku

Dow Jones indeksi 2,4%, S&P 500 2,6%, Nasdaq isə 3,4% yüksəlib

Dow Jones indeksi 2,4%, S&P 500 2,6%, Nasdaq isə 3,4% yüksəlib
# 27 may 2009 06:57 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Mayın 26-da Amerika fond bazarında Dow Jones indeksi 2,4% - 8473 bəndədək, S&P 500 2,6% - 910,33 bəndədək, Nasdaq isə 3,4% - 1750 bəndədək yüksəlib.

«APA-Economics»in məlumatına görə, makroiqtisadi göstəricilər mayın 26-da ABŞ-ın fond bazarına müsbət təsir edib. Belə ki, istehlakçıların etimadı indeksi may ayında 54,9 bəndədək artıb ki, bu da ötən ilin sentyabrından ən yüksək göstərici sayılır. Nəticədə, «Citigroup»un səhmləri 2,7%, «İntel»in səhmləri 2,9%, «Cisco Systems»in səhmləri 3,3%, «Microsoft»un səhmləri 3%, hətta müflisləşmə təhlükəsi altında olan «Generel Motors»un səhmləri 0,7% bahalaşıb.

Həmin amil Avropa fond bazarlarına da müsbət təsir göstərib. Nəticədə, mayın 26-da FTSE 100 indeksi 1,1% - 4411,72 bəndədək, Fransa CAC-40-ı 1,1% - 3270,09 bəndədək, Almaniya DAX-ı isə 1,4% - 4985,60 bəndədək yüksəlib.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3975 (+0,03%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR