Bank Of Baku

AGBI indeksi 0,8951, ACBDI indeksi isə 1,0001 təşkil edib

AGBI indeksi 0,8951, ACBDI indeksi isə 1,0001 təşkil edib
# 27 may 2009 06:59 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət qısamüddətli istiqrazlar (DQİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,1051 bənd və ya 10,51% azalaraq 2009-cu ilin may ayının 27-nə 0,8951 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi dəyişməyib və 1,0001 təşkil edib.

Mayın 26-da məcmu həcmi 23,910 mln. manat olan üç dövlət istiqrazı buraxılışı dövriyyədən çıxarılıb və 8 mln. manat həcmində bir buraxılış yerləşdirilib. Nəticədə, dövlət istiqrazları bazarının kapitallaşması 15,910 mln. manat azalıb və bu, AGBI indeksinin kəskin enməsinə səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR