Bank Of Baku

Neftin qiyməti 65 dolları keçib

Neftin qiyməti 65 dolları keçib
# 29 may 2009 07:00 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Mayın 28-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyun müqaviləsinin dəyəri 1,63 dollar və ya 2,57% artaraq 1 barelə görə 65,08 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, mayın 28-də ICE London qitələrarası birjasında iyunda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,89 dollar artaraq 64,39 dollar təşkil edib.

Neftin bahalaşmasına əsas səbəb son üç həftə ardıcıl olaraq ABŞ-da neft ehtiyatlarının azalması barədə yayılmış məlumatlar olub. Bundan başqa, mayın 28-də keçirilmiş iclasda OPEC hasilatın maksimal həddini əvvəlki səviyyədə saxlayıb ki, bu da analitiklərin proqnozları ilə üst-üstə düşüb. Sonuncu dəfə OPEC hasilatın maksimal həddini ötən ilin dekabrında azaldıb ki, bu da neftin kəskin ucuzlaşması dövrü idi və həmin addımlar məntiqə uyğun olub. Hazırda isə neftin tədricən bahalaşması müşahidə olunur (ilin əvvəlindən neftin qiyməti 41% artıb) və hasilatın azalmasına ehtiyac yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR