Bank Of Baku

Dow Jones indeksi 1,2%, S&P 500 1,5%, Nasdaq isə 1,2% yüksəlib

Dow Jones indeksi 1,2%, S&P 500 1,5%, Nasdaq isə 1,2% yüksəlib
# 29 may 2009 07:09 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Mayın 28-də Amerika fond bazarında Dow Jones indeksi 1,2% - 8404 bəndədək, S&P 500 1,5% - 906,83 bəndədək, Nasdaq isə 1,2% - 1752 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, kotirovkaların yüksəlməsinə mayın 28-də 7 illik xəzinə istiqrazlarının yerləşdirilməsi üzrə keçirilmiş hərracda tələbatın yüksək olması və neftin bahalaşması səbəb olub. Bundan əlavə, makroiqtisadi göstəricilər də bazara müsbət təsir edib. Belə ki, ötən həftə ərzində ABŞ-da işsizlik üzrə ilkin müraciətlərin sayı əvvəlki həftə ilə müqayisədə 2% azalıb, uzunmüddətli istifadə malları üzrə sifarişlərin həcmi 1,9%, yeni tikilmiş evlərin satışı isə aprel ayında 0,3% artıb.

Avropa fond bazarlarında isə əsasən bank sektorunda müəyyən mənfi xəbər və hesabatlar kotirovkaların enməsinə səbəb olub. Nəticədə, mayın 28-də FTSE 100 indeksi 0,7% - 4387,54 bəndədək, Fransa CAC-40-ı 1% - 3263,70 bəndədək, Almaniya DAX-ı isə 1,4% - 4932,88 bəndədək enib. Belçikanın KBC bank qrupunun səhmləri 6,2%, İngiltərə «Royal Bank of Scotland»ın səhmləri 4,6%, Fransa «Natixis» bankın səhmləri 4,6%, Almaniya «Deutsche Bank»ının səhmləri 3,7%, İsveç «Swedbank»ın səhmləri 3,3% ucuzlaşıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3983 dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR