Bank Of Baku

AGBI indeksi 1,0002, ACBDI indeksi isə 1,0001 təşkil edib

AGBI indeksi 1,0002, ACBDI indeksi isə 1,0001 təşkil edib
# 29 may 2009 07:22 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət qısamüddətli istiqrazlar (DQİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi dəyişməyib və 2009-cu ilin may ayının 29-na 1,0002 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi də dəyişməyib və 1,0001 təşkil edib.

Mayın 27-də notların bir buraxılışı dövriyyədən çıxarılıb və bir buraxılış yerləşdirilib. Hər iki buraxılışın həcmin eyni olduğuna görə (4 mln. manat) bu əməliyyatların keçirilməsi indeksə təsir etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR