Bank Of Baku

Neft son bir ayda 23% bahalaşıb

Neft son bir ayda 23% bahalaşıb
# 30 may 2009 08:51 (UTC +04:00)
Bakı – APA. Mayın 29-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyul müqaviləsinin dəyəri 1,23 dollar artaraq 1 barelə görə 66,31 dollar təşkil edib. APA-nın məlumatına görə, mayın 29-da ICE London qitələrarası birjasında iyulda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,13 dollar artaraq 65,52 dollar təşkil edib.

Xatırladaq ki, hələ aprelin sonunda neftlə bağlı əməliyyatlar 50-51 dollar/barel qiymət civarında aparılıb. Bununla da, son bir ayda qiymətlərin səviyyəsi 23% yüksəlib. Ekspertlər neftin qiymətinin stabil artmasını dolların məzənnəsinin zəifləməsi, dünya iqtisadiyyatının və tələbatın tədricən yüksəlməsi ilə əlaqələndirirlər.

Müşahidəçilərin fikrincə, neftin bahalaşması bundan sonra da davam edəcək və artıq yaxın vaxtlarda 75 dollar səviyyəsinə çata bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR