Bank Of Baku

Dow Jones indeksi 1,1%, S&P 500 1,3%, Nasdaq isə 1,2% yüksəlib

Dow Jones indeksi 1,1%, S&P 500 1,3%, Nasdaq isə 1,2% yüksəlib
# 01 iyun 2009 07:05 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Mayın 29-da Amerika fond bazarında Dow Jones indeksi 1,1% - 8500 bəndədək, S&P 500 1,3% - 919,14 bəndədək, Nasdaq isə 1,2% - 1774 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarında müxtəlif şirkətlərin səhmləri üzrə dəyişkən dinamika müşahidə olunub. Məsələn, “Bank Of America”nın səhmləri 0,3% səviyyəsində ucuzlaşdığı halda, “Citigroup”un səhmləri 1,4% bahalaşıb. Müflisləşməyə bir addımlığında olan “General Motors”un səhmləri də 33% ucuzlaşıb.
Avropa fond bazarlarında mayın 29-da FTSE 100 indeksi 0,7% - 4417,94 bəndədək, Fransa CAC-40-ı 0,4% - 3277,65 bəndədək, Almaniya DAX-ı isə 0,2% - 4940,82 bəndədək yüksəlib. Avropanın fond bazarlarında müşahidə olunmuş kotirovkaların kiçik artımı əsasən neftin bahalaşması səbəbindən baş verib. Nəticədə, “Total” və “Shell” neft şirkətlərin səhmləri müvafiq olaraq 2,6% və 1,5%, dünyanın ən iri dağ-mədənçıxarma şirkəti “BHP”-nin səhmləri 4% bahalaşıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4152 dollar (+1,21%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR