Bank Of Baku

Neftin bahalaşması davam edir

Neftin bahalaşması davam edir
# 01 iyun 2009 07:08 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Mayın 29-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyul müqaviləsinin dəyəri 1,23 dollar və ya 1,89% artaraq 1 barelə görə 66,31 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, mayın 29-da ICE London qitələrarası birjasında iyulda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,13 dollar artaraq 65,52 dollar təşkil edib.
Neftin bahalaşmasının əsas səbəbləri kimi dolların ucuzlaşmasını və dünya iqtisadiyyatın və bununla paralel neftə tələbatın yaxın zamanlar bərpasını qeyd etmək olar. Məsələn, mayın 29-da məlum olub ki, Hindistanın ÜDM-i rüb ərzində 5,8% artıb ki, bu da analitiklərin gözləmələrindən 0,5 faiz bəndi çox olub. Bundan başqa aprel ayında Yaponiyada sənaye istehsalın artımı son 6 il ərzində ən yüksək aylıq artımı kimi qeydə alınıb. Nəticədə, bazarda neft fyuçerslərin alınmaları üstünlük təşkil edib ki, bu da qiymətin artmasına səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR