Bank Of Baku

Azərbaycan İpoteka Fondunun ipoteka istiqrazları dövlət qeydiyyatına alınıb

Azərbaycan İpoteka Fondunun ipoteka istiqrazları dövlət qeydiyyatına alınıb
# 01 iyun 2009 07:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun (AİF) sənədsiz adlı istiqrazlarının emissiya prospektini dövlət qeydiyyatına alıb. QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, istiqrazın hər birinin nominal dəyəri 1 000 manat, sayı 55 min ədəd, emissiyanın ümumi həcmi isə 55 mln. manat təşkil edir.
Qeyd edək ki, qiymətli kağızlar bazarında yeni alət olan ipoteka istiqrazları bazarda stimullaşdırıcı rol oynayacaq. Ümumiyyətlə, istiqrazlar ipotekanın qiymətli kağızlar vasitəsilə yenidən maliyyələşdirilməsi, onun davamlılığını təmin edəcək. Hazırda Azərbaycanın qiymətli kağızlar bazarında Maliyyə Nazirliyinin istiqrazları, Mərkəzi Bankın notları, korporativ istiqrazlar, veksellər, səhmlər və bu kimi digər alətlər mövcuddur.
Xatırladaq ki, bu gündən etibarən AİF dövlət ipoteka kreditləşməsini bərpa edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR