Bank Of Baku

«AzRe Təkrarsığorta» nizamnamə kapitalını 2 dəfə artırır

«AzRe Təkrarsığorta» nizamnamə kapitalını 2 dəfə artırır
# 01 iyun 2009 07:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «AzRe Təkrarsığorta» Açıq Səhmdar Cəmiyyətinin (QSC) sənədsiz adlı adi səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb. QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 000 manat, sayı 2 000 ədəd, emissiyanın ümumi həcmi isə 2 mln. manat təşkil edir. Qiymətli kağızlar bazarının mütəxəssislərinin fikrincə, «AzRe Təkrarsığorta»nın səhmlərinin yerləşdirilməsinə artıq iyun ayında başlayacağı gözlənilir. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə, şirkətin nizamnamə kapitalı 2 dəfə artaraq 4 mln. manata çatacaq.
Qeyd edək ki, 2007-ci ildən Azərbaycanda fəaliyyət göstərən «AzRe Təkrarsığorta» şirkətinin hazırki nizamnamə kapitalı həcmi 2 mln. manant təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR