Bank Of Baku

May ayında neftin bahalaşması 10 illik maksimum təşkil edib

May ayında neftin bahalaşması 10 illik maksimum təşkil edib
# 01 iyun 2009 10:14 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. May ayın ərzində dünya bazarlarında neftin 1 barelinin qiyməti 51,12 dollardan 66,31 dollaradək yüksəlib ki, bu da 29,7%-lik artım deməkdir. “APA-Economics”in məlumatına görə, belə artım sonuncu dəfə 1999-cu ilin martında müşahidə olunub.
Cari ilin əvvəlindən isə neftin qiyməti 40,4% artıb ki, bu da ötən ilin sonlarında baş verən neftin kəskin ucuzlaşmasının müəyyən hissəsini əvəz edib. Ümumilikdə isə, ötən ilin ikinci yarısında neft 3,1 dəfə ucuzlaşıb ki, bunun da əsas səbəbi dünya iqtisadi böhran olub:




Göründüyü kimi, neftin bahalaşması məhz bu ildən başlayıb və ən nəzərə çarpan artım may ayında müşahidə olunub. Maydakı bahalaşmanın bir neçə səbəbi var. İlk növbədə makroiqtisadi vəziyyət böhrandan əvvəlki müddətlə müqayisədə kəskin mənfi olsa da, müxtəlif beynəlxalq maliyyə qurumları, analitikləri və investorlarda nikbinlik üçün əsas yaradıb. ABŞ, Avrozona, Çin, Hindistan və digər regionlardan may ərzində əsasən müsbət makroiqtisadi xəbərlər gəldiyindən investorlar arasında dünya iqtisadiyyatının bərpasına inamı artıraraq, həm neft, həm də fond bazarlarında yüksəlmə tendensiyaları yaradıb. Məsələn, ay ərzində Amerikanın əsas fond indeksləri olan Dow Jones indeksi 4,1%, S&P 500 5,3%, Nasdaq 3,3%, Avropa indeksləri isə orta hesabla 3,8% yüksəlib.
Fond və neft bazarında tendensiyalarına əksi olan dolların məzənnəsinin tendensiyası isə təbii olaraq enməyə doğru olub.
Qeyd edək ki, fond və neft bazarlarında eniş zamanı investorlar tərəfindən aktivlərini satıb dollar əldə etmələri dolların məzənnəsinin bahalaşmasına xidmət edib ki, əks proses dolların ucuzlaşması ilə müşayiət olunub. Nəticədə, may ərzində dolların avroya qarşı məzənnəsi 6,8% enib ki, bu da cari ildə aylıq göstəricisinin maksimal həddidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR