Bank Of Baku

«Gəncəbank»ın səhmlərinin yerləşdirmə müddəti uzadılıb

«Gəncəbank»ın səhmlərinin yerləşdirmə müddəti uzadılıb
# 01 iyun 2009 11:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il yanvar ayının 27-də Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) dövlət qeydiyyatından keçmiş «Gəncəbank» ASC-nin səhmlərinin emissiya prospektində bir sıra dəyişiklik təsdiq olunub. Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, dəyişikliklər emissiyanın yerləşdirilməsi və yerləşdirməni həyata keçirən aderrayterə toxunub. Belə ki, prospektin yerləşdirilməsi 2009-cu martın 31-də başa çatmalı idi. Lakin başa çatmadığından, yəni səhmlər yerləşdirilmədiyindən cari ilin iyunun 30-dək uzadılıb. Bundan başqa, «Gəncəbank»ın səhmlərinin yerləşdirilməsində iştirak edən qiymətli kağızlar bazarının peşəkar iştirakçısı olan «ADB-Broker» MMC digər aderrayterlə – «UniCapital» ASC ilə əvəzlənib.
Qeyd edək ki, «Gəncəbank»ın emissiya prospektində səhmlərin hər birinin nominal dəyəri 20 manat, sayı 250 min ədəd, emissiyanın ümumi həcmi isə 5 mln. manat təşkil edib. Emissiyanın yerləşdirilməsi uğurla başa çatacağı təqdirdə bankın nizamnamə kapitalı təxminən 50% artaraq 15 mln. manata çatacağı gözlənilir.
Xatırladaq ki, «Gəncəbank» 1994-cü ildən fəaliyyət göstərən ilk regional bankdır ki, baş ofisi Gəncə şəhərində yerləşir. Bankın baş ofisdən əlavə respublika üzrə 2 filialı, 3 bankomatı və 14 POS-terminalı fəaliyyət göstərir. Bu ilin aprelin 1-nə bankın aktivlərinin həcmi 30,128 mln. manat, depozit portfeli 2,961 mln. manat, kredit portfeli 21,015 mln. manat, məcmu kapitalı 11,894 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 10 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR