BFB-dan «APA-Economics»ə verilən məlumata görə, yanvar-may aylarında azalma, əsasən, dövlət qiymətli kağızlar (DQK) bazarına toxunub, məhz Notların ilkin və təkrar bazarında müvafiq olaraq 75,98% və 70,37% azalma olub. Hesabat dövründə həmçinin Repo əməliyyatları 28,09% azalıb və ümumilikdə DKQ bazarı 35,71% aşağı düşüb.
Korporativ istiqrazların ilkin bazarənda əməliyyatların 99,08% azalmasına baxmayaraq, ümumilikdə KQK bazarı 2,37 dəfə artıb. Bu sahədən korporativ istiqrazların təkrar bazarı 3,5 dəfədən artıq artıb.
Ən böyük artım səhmlərin təkrar bazarında qeydə alınıb. Belə ki, bu sektorda əməliyyatların həcmi 284 dəfə artıb. Səhmlərin ilkin bazarının həcmi isə 2 dəfədən çox genişlənib.
Birja fəallığının artımı dövlət qısamüddətli istiqrazların (DQİ) ilkin və təkrar bazarında da 1,68 və 9,16 dəfə olub.
Bütün alətlər üzrə BFB-da keçirilmiş hərracların müqayisəli cədvəli
Bazarın seqmentləri | Yanvar-may, 2009 | Yanvar-may, 2008 | Nisbət | ||
Əməliyyatların həcmi, (AZN) | Əməliyyatların miqdarı | Əməliyyatların həcmi (AZN) | Əməliyyatların miqdarı | ||
DQİ (yerləşdirmə) | 198 338 388,80 | 102 | 117 904 357,68 | 84 | 168,22 |
DQİ | 135 498 543,04 | 70 | 14 786 209,52 | 19 | 9,2 dəfə |
Notlar (yerləşdirmə) | 201 885 564,12 | 117 | 840 617 778,08 | 314 | 24,02 |
Notlar | 65 785 072,32 | 37 | 222 056 611,64 | 167 | 29,63 |
Repo əməliyyatları | 1 576 890 201,65 | 336 | 2 192 794 575,42 | 702 | 71,91 |
Cəmi DQK bazarı | 2 178 397 76,.93 | 662 | 3 388 159 532,34 | 1 286 | 64,29 |
Korporativ istiqrazlar (yerləşdirmə) | 97 500,00 | 7 | 10 600 616,50 | 22 | 0,92 |
Korporativ istiqrazlar (təkrar bazar) | 26 373 684,40 | 16 | 7 518 550,77 | 41 | 3,5 dəfə |
Səhmlər (yerləşdirmə) | 97 037 498,60 | 230 | 46 032 916,83 | 74 | 2,1 dəfə |
Səhmlər | 29 239 819,60 | 1 260 | 102 839,00 | 198 | 284 dəfə |
Cəmi KQK bazarı | 152 748 502,60 | 1 513 | 64 254 923,10 | 335 | 2,4 dəfə |
Cəmi | 2 331 146 272,53 | 2 175 | 3 452 414 455,44 | 1 621 | 67,52 |
DQİ – dövlət qısamüddətli istiqrazları;
DQK – dövlət qiymətli kağızları;
KQK – korporativ qiymətli kağızları.