Bank Of Baku

Dow Jones indeksi 2,6%, S&P 500 2,5%, Nasdaq isə 3% yüksəlib

Dow Jones indeksi 2,6%, S&P 500 2,5%, Nasdaq isə 3% yüksəlib
# 02 iyun 2009 06:47 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. İyunun 1-də Amerika fond bazarında Dow Jones indeksi 2,6% - 8721 bəndədək, S&P 500 2,5% - 942,87 bəndədək, Nasdaq isə 3% - 1829 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, iyunun 1-də ABŞ-ın fond bazarı iki əks istiqamətli amillərin təsiri altında olub. Belə ki, “General Motors” nəhəng avtoistehsalçısının müflisləşməsinin elan etməsi kimi mənfi xəbər ABŞ və Çindən müxtəlif müsbət makroiqtisadi göstəricilərlə tarazlaşdırılıb. Məsələn, məlum olub ki, Çinin sənaye istehsalı may ayında artım nümayiş etdirib, ABŞ-da isə əhalinin gəlirləri, həmçinin tikinti xərcləri də apreldə gözlənilmədən artıb.
Avropa fond bazarlarında iyunun 1-də FTSE 100 indeksi 2% - 4506,19 bəndədək, Fransa CAC-40-ı 3,1% - 3379,49 bəndədək, Almaniya DAX-ı isə 4,1% - 5142,56 bəndədək yüksəlib. Avropanın fond bazarlarında indekslərin nəzərə çarpan dərəcədə artması investorların iqtisadi böhranın ən kəskin dövrün arxada qalmasında inamın tədricən gücləndirilməsini göstərir. Avropada “Total” neft şirkətinin səhmləri 3%, dünyanın ən iri dağ-mədənçıxarma şirkəti “BHP”-nin səhmləri 5,3%, “General Motors”un müflisləşmənin elan edilməsi fonunda Avropa avtomobil istehsalçıları olan “Peugeot Citroen”in səhmləri 9,6%, “Daimler”in səhmləri isə 8,4% bahalaşıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4143 dollar (-0,06%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR