Bank Of Baku

Bakı Fond Birjası yeni ticarət sisteminə keçir

Bakı Fond Birjası yeni ticarət sisteminə keçir
# 02 iyun 2009 08:34 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin iyun ayının sonunadək Bakı Fond Birjası (BFB) yeni ticarət sisteminə keçəcək. Yeni sistem mövcud ticarət sistemindən fərqli olaraq «Oracle» platforması əsasında hazırlanıb və daha funksionaldır.

BFB-dən «APA-Economics»ə verilən məlumata görə, bununla bağlı iyun ayının 1-dən etibarən broker şirkətlərinin nümayəndələri üçün yeni ticarət sisteminə keçidlə bağlı iki həftəlik treninqlərə başlayır.

Treninqdə brokerlərə birjanın yeni ticarət sistemi barədə təqdimat edilib və BFB-nin ticarət zalında yeni sistemlə əlaqədar praktiki məşğələlərə start verilib.

Qeyd edək ki, treninqlər BFB-nin Ticarət Departamentinin mütəxəssisləri tərəfindən aparılır. Bu gündən başlayaraq mövcud ticarət sistemi ilə yanaşı yeni sistem vasitəsilə də sınaq rejimində hərraclar keçiriləcək.

Bununla brokerlər bütün proseslərlə əyani surətdə tanış olacaq və birja yeni ticarət sisteminin son praktiki sınağını həyata keçirəcək.

Bundan başqa, yeni ticarət sistemində brokerlər üçün məsafədən qoşulma imkanı nəzərdə tutulub.

Treninqlərdə iştirak BFB-nın üzvü olan bütün broker və diler şirkətləri üçün açıqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR