Bank Of Baku

Bakı Fond Birjasının ipoteka istiqrazlarının yerləşdirilməsi zamanı emitentdən komissiya haqqı tutulmayacaq

Bakı Fond Birjasının ipoteka istiqrazlarının yerləşdirilməsi zamanı emitentdən komissiya haqqı tutulmayacaq
# 02 iyun 2009 08:54 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Dünən Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin yığıncağı keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, yığıncaqda Azərbaycan İpoteka Fondunun təminatlı istiqrazlarının komissiya haqlarından birtərəfli qaydada azad edilməsi barədə qərar qəbul edilib.

Belə ki, birja tərəfindən istiqrazların yerləşdirilməsi zamanı emitentdən komissiya haqqı tutulmayacaq. Bu addım ipoteka istiqrazlarının bazarının formalaşdırılması və bazarda yeni məhsulların dəstəklənməsi və stimullaşdırılması məqsədilə atılıb.

Qeyd edək ki, Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun (AİF) sənədsiz adlı istiqrazlarının emissiya prospektini bu ilin may ayının 29-da dövlət qeydiyyatına alıb.

İstiqrazın hər birinin nominal dəyəri 1 000 manat, sayı 55 min ədəd, emissiyanın ümumi həcmi isə 55 mln. manat təşkil edir. İstiqrazların yerləşdirilməsi isə Bakı Fond Birjası vasitəsilə keçiriləcək.

Xatırladaq ki, qiymətli kağızlar bazarında yeni alət olan ipoteka istiqrazları bazarda stimullaşdırıcı rol oynayacaq. Ümumiyyətlə, istiqrazlar ipotekanın qiymətli kağızlar vasitəsilə yenidən maliyyələşdirilməsi, onun davamlılığını təmin edəcək.

Hazırda Azərbaycanın qiymətli kağızlar bazarında Maliyyə Nazirliyinin istiqrazları, Mərkəzi Bankın notları, korporativ istiqrazlar, veksellər, səhmlər və bu kimi digər alətlər mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR