Bank Of Baku

BFB-da 10103822S seriyalı 16 111,2 min manatlıq DQİ emissiyası yerləşdirilib

BFB-da 10103822S seriyalı 16 111,2 min manatlıq DQİ emissiyası yerləşdirilib
# 03 iyun 2009 06:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10103822S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib. BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 5 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 19 368 600 manat təşkil edib. Sifarişlər 99,78% (gəlirlik 2,30%) – 99,72% (gəlirlik 2,93%) qiymət intervalında təqdim olunub. Emitent tərəfindən istiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətləri 99,76% (gəlirlik 2,51%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 16 111,2 min manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2009-cu ilin iyulun 7-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR