Bank Of Baku

Dow Jones indeksi 0,2%, S&P 500 0,2%, Nasdaq isə 0,4% yüksəlib

Dow Jones indeksi 0,2%, S&P 500 0,2%, Nasdaq isə 0,4% yüksəlib
# 03 iyun 2009 06:59 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. İyunun 2-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 8741 bəndədək, S&P 500 0,2% - 944,74 bəndədək, Nasdaq isə 0,4% - 1837 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, əvvəlki gün kimi iyunun 2-də də ABŞ-ın fond bazarına təsir edən həm müsbət, həm mənfi amillər var. Belə ki, Amerikanın Milli rieltorlar assosiasiyasının əmlakın təkrar bazarında başa çatmamış satılmaların sayının aprel ayında 6,7% artması barədə məlumatı investorlara müsbət təsir edib. Bir sıra maliyyə qurumlarının əlavə kapitalın cəlb edilməsinə dair planlarını açıqlanması isə investorlar tərəfindən mənfi qarşılanıb.
Avropa fond bazarlarında iyunun 2-də FTSE 100 indeksi 0,7% - 4477,02 bəndədək, Fransa CAC-40-ı 0,04% - 3378,04 bəndədək enib, Almaniya DAX-ı isə 0,03% - 5144,06 bəndədək yüksəlib. Avropanın fond bazarlarında “Barclays” bankın səhmləri 13,5%, HSBC-nin səhmləri 3,1%, “Deutsche Bank”ın səhmləri 1,9%, “Societe Generale”in səhmləri 1,4%, “Royal Bank of Scotland”ın səhmləri 5,2% ucuzlaşıb. Eyni zamanda BMW-nin səhmləri 2,8%, “Porsche”nin səhmləri 2,7%, “Renault”un səhmləri 2,6%, “Volkswagen”in səhmləri 10,4% bahalaşıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4294 dollar (+1,07%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR