Bank Of Baku

AGBI indeksi 1,0002, ACBDI indeksi isə 0,9998 təşkil edib

AGBI indeksi 1,0002, ACBDI indeksi isə 0,9998 təşkil edib
# 04 iyun 2009 06:51 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət qısamüddətli istiqrazlar (DQİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0905 bənd və ya 8,3% azalaraq 2009-cu ilin iyun ayının 4-nə 1,0002 təşkil edib. «APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi isə 0,0003 bənd və ya 0,03% azalaraq 0,9998 olub.
İyunun 3-də 4 mln. manat miqdarında olan bir notlar buraxılışı ödənilməklə dövriyyədən çıxarılıb və 4 mln. manat miqdarında olan bir buraxılış yerləşdirilib. Nəticədə, notlar bazarının cari qiyməti üzrə kapitallaşması bir qədər azalıb ki, bu da ACBDI indeksinin azalmasında əksini tapıb.
AGBI indeksinin azalması gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR