Bank Of Baku

Dow Jones indeksi 0,7%, S&P 500 1,3%, Nasdaq isə 0,6% enib

Dow Jones indeksi 0,7%, S&P 500 1,3%, Nasdaq isə 0,6% enib
# 04 iyun 2009 07:44 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. İyunun 3-də Amerika fond bazarında Dow Jones indeksi 0,7% - 8675 bəndədək, S&P 500 1,3% - 931,76 bəndədək, Nasdaq isə 0,6% - 1826 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarına həm makroiqtisadi xəbərlər, həm də neftin ucuzlaşması səbəbindən neft şirkətlərin səhmlərinin ucuzlaşması mənfi təsir edib. Belə ki, Amerikanın özəl işəgötürənləri may ayında yarım milyondan artıq iş yeri ixtisar edib ki, investorlar da bunu ölkənin əmək bazarında vəziyyətin ağır və mürəkkəb olması kimi qiymətləndiriblər. Ümumilikdə isə ABŞ-da işsizliyin səviyyəsi apreldəki 8,9%-lik göstəriciyə qarşı mayda 9,2% təşkil edib. Bundan əlavə, Federal Ehtiyat Sisteminin rəhbəri Ben Bernanke bəyan edib ki, 100 mlrd. dollar həcmində aktivlərə malik olan ölkənin 19 ən iri bank holdinqi 2009-2010-cu illərdə 600 mlrd. dollar səviyyəsində zərərlərə məruz qalacaq.
Avropa fond bazarlarında iyunun 3-də FTSE 100 indeksi 2,1% - 4383,42 bəndədək, Fransa CAC-40-ı 2% - 3309,65 bəndədək, Almaniya DAX-ı isə 1,7% - 5054,53 bəndədək enib. Avropanın fond bazarlarında kotirovkaların enməsi müxtəlif şirkətlərin mənfi olan hesabat və xəbərlərin açıqlanması nəticəsində baş verib. Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4171 dollar (-0,86%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR