Bank Of Baku

«Azərlotereya» ASC-nin ötən ilin maliyyə hesabatının auditor rəyi açıqlanıb

«Azərlotereya» ASC-nin ötən ilin maliyyə hesabatının auditor rəyi açıqlanıb
# 04 iyun 2009 15:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «M & J Accuracy Consultinq» MMC Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin təsisçisi olduğu «Azərlotereya» ASC-nin 2008-ci ilin maliyyə-təsərrüfat fəaliyyəti üzrə hesabatına dair auditor rəyini açıqlayıb.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, ASC-də keçirilmiş audit nəticəsində cəmiyyətin mühasibat uçotunun qanunvericiliklə müəyyən edilmiş qaydada aparıldığı, mühasibat uçotunun və illik balansın qanuni göstərişlərə, eləcə də nizamnaməyə uyğun olduğu müəyyən edilib.
Audit rəyinə əsasən, «Azərlotereya» ASC-də 2008-ci il üzrə əldə edilmiş gəlirlərin məbləği təxminən 24 mln. manat, ümumi xərclərin həcmi isə 22,3 mln. manat olub.
Ötən il ASC tərəfindən dövlət büdcəsinə 1 mln. manat divident, vergilər üzrə isə 3 557,1 min manat vəsait ödənilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR