Bank Of Baku

Dow Jones indeksi 0,8%, S&P 500 1,1%, Nasdaq isə 1,3% yüksəlib

Dow Jones indeksi 0,8%, S&P 500 1,1%, Nasdaq isə 1,3% yüksəlib
# 05 iyun 2009 06:58 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. İyunun 4-də Amerika fond bazarında Dow Jones indeksi 0,8% - 8750 bəndədək, S&P 500 1,1% - 942,46 bəndədək, Nasdaq isə 1,3% - 1850 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ-ın fond indekslərin yüksəlməsi makroiqtisadi göstəricilər müsbət təsir edib. Belə ki, ötən həftə ərzində işsizlik üzrə müavinətlərin alınmasına dair müraciətlərin sayı 4 min azalaraq 625 min təşkil edib. Bundan başqa, neftin bahalaşması səbəbindən neft şirkətlərin səhmləri də bahalaşıb.
Avropa fond bazarlarında da iyunun 4-də FTSE 100 indeksi 0,1% - 4386,94 bəndədək, Fransa CAC-40-ı 0,1% - 3312,03 bəndədək, Almaniya DAX-ı isə 0,2% - 5064,80 bəndədək yüksəlib. İyunun 4-də Avropanın fond bazarlarına Avropa mərkəzi bankın uçot dərəcəsinin 1% səviyyəsində saxlaması barədə qərar təsir edib. Qeyd edək ki, Avropa mərkəzi bankın rəhbəri Jan-Klod Trişe bəyan edib ki, onun başçılıq etdiyi qurum hazırda 60 mlrd. dollar miqdarında nəzərdə tutulan aktivlərin geri alınması proqramını genişləndirmək və faiz dərəcələri azaltmaq niyyətində deyil.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4203 dollar (+0,23%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR