Bank Of Baku

Bu gün BFB-da 10204022S seriyalı 14 837,4 min manatlıq DQİ emissiyası yerləşdirilib

Bu gün BFB-da 10204022S seriyalı 14 837,4 min manatlıq DQİ emissiyası yerləşdirilib
# 05 iyun 2009 14:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10204022S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib. BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 3 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 14 837 400 manat təşkil edib. Sifarişlər 99,40% (gəlirlik 2,42%) – 99,36% (gəlirlik 2,58%) qiymət intervalında təqdim olunub. Emitent tərəfindən istiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti 99,36% (gəlirlik 2,51%),orta ölçülmüş qiyməti isə 99,38% (gəlirlik 2,58%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 14 837,4 min manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2009-cu ilin sentyabrın 4-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR