Bank Of Baku

Neft bir qədər ucuzlaşıb

Neft bir qədər ucuzlaşıb
# 08 iyun 2009 06:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. İyun 5-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyul müqaviləsinin dəyəri 0,37 dollar və ya 0,54% azalaraq 1 barelə görə 68,44 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, iyunun 5-də ICE London qitələrarası birjasında iyulda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,37 dollar azalaraq 68,34 dollar təşkil edib.

Ötən həftənin əvvəlindən neftin 4%-lik bahalaşmasından sonra investorların həftənin sonuncu günündə mənfəət əldə etmək məqsədi ilə fyuçers müqavilələrini satmağa başlaması qiyməti bir qədər aşağı salıb. Eyni zamanda, iyunun 5-də dünya bazarlarında dollar 1,7% möhkəmlənib ki, bu da neftin ucuzlaşmasına təsir göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR